Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb. Bu barədə 17 yanvar tarixində APA xəbər yayıb.
Məlumata əsasən, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.
Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.
Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.