“Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqama diqqət yetirəcəyik”. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Bu barədə 27 yanvar tarixində APA məlumat verib.
O bildirib ki, birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərar qəbul edilməsidir.
"İkincisi səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təminat verilməsi və bizim buna arxayın olmağımızdır. Səfirlik əməkdaşlarımızın və ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar ölkəyə gətirilmişdi".