Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov noyabrın 16-da Abşeron rayonunda həmin rayonun sakinlərini qəbul edəcək. Bu barədə 4 noyabr tarixində Nazirlik məlumat verib.
Vətəndaşlar 4 - 11 noyabr tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşların müraciətləri cavablandırılacaq.