Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri Nadim Babayev vəzifəsindən azad edilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 21 dekabr tarixində xəbər verir.
Bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.
Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.