Daha iki qazi DOST İş Mərkəzinə işə qəbul olunub. Bu barədə martın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat verilib.
Şixizadə Natiq Əbülfət oğlu İnsan resursları departamentində baş mütəxəssis, Bağırov Ceyhun Taleh oğlu isə mütəxəssis vəzifələrində çalışacaq.
Qeyd edək ki, N.Şixizadə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, C.Bağırov isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Ümumilikdə DOST İş Mərkəzində 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü işləyir.