Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib. Bu barədə İnsanoid Baş Prokurorluğa istinadən bu gün, 23 yanvar tarixində xəbər verir.
Xəsarət alan şəxslər Şirvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Şirvan şəhərində zavodda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin şəxsiyyəti məlum olub.
İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.