Cari ilin aprelin 1-i tarixinə Neftçalada iribuynuzlu mal-qaranın sayı 43 546 baş olub. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur. Bu barədə 12 aprel tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, onlardan 22 505 başı inək və camışlardır. Qoyun və keçilərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artaraq 144 845 baş təşkil edib. Rayonda 2 671 ton ət, 5 673 ton süd və 3 milyon 642 min ədəd yumurta istehsal edilib.