Azərbaycanda küləkli hava şəraiti müşahidə olunur. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 5 dekabr tarixində xəbər verir.
Dekabrın 5-də saat 15:00-a olan məlumata əsasən, şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.