Neftçalada dəm qazından boğulma hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 fevral tarixində xəbər verir.
Olay şəhərin M. Hadi küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 18 yaşlı Səbinə İsmayılova hamamda yuyunarkən dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.