Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb. Bu barədə 16 iyun tarixində Report məlumat verib.
Ötən gün axşam saatlarında batan Beşdəli kənd sakinləri - 2007-ci il təvəllüdlülər: Məlikov Teymur Seymur oğlu, Əhmədov Siyasət Elşad oğlu və 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.