Neftçalada iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 16 iyun tarixində APA məlumat verib.
Hadisə rayonun Həsənabad avtomobil yolunda qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində Neftçala rayon sakinləri, 1968-ci il təvəllüdlü Hüseynov Tofiq İsgəndər oğlu və 1979-cu il təvəllüdlü Zeynalov Elnur İsa oğlu hadisə yerində ölüblər.
Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Balaşov Bayram İntiqam oğlu isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.