Neftçalada iki minik avtomobili toqquşub. Bu barədə 4 avqust tarixində Report xəbər verib.
Qəza rayonun Xıllı qəsəbəsi ərazisində baş verib. Hərəkətdə olan “Hyundai” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.
Nəticədə rayon sakinləri, 63 yaşlı Nazim Məmmədov, 49 yaşlı Yeganə Məmmədova, 8 yaşlı Leyla Məmmədli, 49 yaşlı Yasər Əsgərov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.