top
Neftçalada şəhid zabitin xatirəsinə həsr olunan kitab və film təqdim edilib
04 dekabr 2023, 06:40
- ↺ +

Neftçalada şəhid zabitin xatirəsinə həsr olunan kitab və film təqdim edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Neftçala Heydər Əliyev Mərkəzində neftçalalı şəhid zabit Ayaz İmanzadəyə həsr olunmuş “Ayazda sevdim izini” filmi nümayiş etdirilib, “Onu belə xatırlayıram” kitabının təqdimatı olub. Bu barədə Report 4 dekabr tarixində xəbər verib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, şəhidin tələbə və səngər yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qarabağ torpağı uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Filmdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhidin atası Daşqın İmanzadə, Vətən Müharibəsinin Qəhrəmanı Camal İsmayılovun anası Flarə İsmayılova, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Tünzalə Abduləlimova, jurnalistlər, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri, “Qadın gülərsə” verilişinin aparıcısı Sevinc Fədai, “Gündoğar” qəzetinin baş redaktoru, yazıçı-publisist Bədirə Rza Həsənqızı və başqaları çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov adına 1 saylı Neftçala şəhər tam orta məktəbin Ayaz İmanzadə adına sinif şagirdləri ədəbi-bədii kompozisiya göstəriblər.

Sonra şəhid Ayaz İmanzadənin 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyindən bəhs edən, onunla bağlı xatirələrin yer aldığı, Orxan Əzimin rejissoru olduğu “Ayazda sevdim izini” filmi numayiş olunub.

Leytenat A.İmanzadə Füzulinin azad edilməsi zamanı - oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bununla yanaşı, yazıçı-publisist Nəzakət Quluqızının şəhid Ayaz İmanzadəyə həsr etdiyi “Onu belə xatırlayıram” kitabının təqdimatı keçirilib.

Həm film, həm də kitab tədbirə toplaşanlar tərəfindən böyük maraqla qarşılanıb.

Şəhid analarına Rayon İcra Hakimiyyətinin təşəkkürnamələri və “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin medalları təqdim olunub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər