Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən və xəsarət alan var. Bu barədə İnsanoid Azərbaycan Dəmir Yollarının Mətbuat Xidmətinə istinadən bu gün, 23 iyun tarixində xəbər verib.
Bu gün saat 12:50 radələrində rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində tənzimlənməyən Qırmızıkənd-Daykənd mənzilində teplovoz 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində İmişli rayon sakini, 28 yaşlı Vüsal Fəxrəddinov hadisə yerində ölüb. Salyan rayon sakini, 54 yaşlı İbad İbadov isə xəsarət alıb.
Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.