“Neftçi”nin U-15 komandasının futbolçusu Nurəziz Əzizovun durumuna aydınlıq gətirilib. Bu haqda Report 12 dekabr tarixində xəbər verib.
Paytaxt klubunun həkimi Şaiq Zöhrablının verdiyi məlumata görə, AFFA U-15 Liqasının XV turunun “Ulduz Mingəçevir”ə qarşı oyununda zədələnən qapıçının Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyatı uğurlu alınıb.
Həkimin sözlərinə görə, oyunçunun vəziyyəti hazırda stabil ortadır və o, özünü yaxşı hiss edir. N.Əzizov bir neçə gün Bakıda müalicə aldıqdan sonra evə buraxılacaq.
“Ulduz Mingəçevir” - “Neftçi” görüşünün 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb.