“Neftçi”nin baş məşqçisi Qətərdən təklif alıb. Bu barədə 23 mart tarixində İnsanoid Report.az-a istinadən xəbər verir.
Məlumatı “digisport.ro” saytı yayıb. Rumınların iddiasına görə, 48 yaşlı Laurentsiu Regekampf Qətər klublarının diqqət mərkəzindədir. Ölkənin bir neçə komandası mövsümün sonunda onun keçidinə çalışacaq.
Lakin Regekampfın bakılılarla müqavilə müddəti gələn ilin yayına qədər olduğu üçün ilk növbədə “Neftçi”nin razılığını almaq lazımdır.
Qeyd edək ki, hazırda “Neftçi” Azərbaycan Premyer Liqasında üçüncü pillədə qərarlaşıb.