Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirəcək. Bu barədə Report 15 iyul tarixində xəbər verib.
"Ağ-qaralar" Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gələcək.
"Smena" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Adrian Mutunun baş məşqçi olduğu komandamız ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.
"Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartakı" ilə görüşəcək.