“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçiriləcək ilk oyununun təqvimində dəyişiklik olub. Bu barədə Report 22 iyul tarixində xəbər verib.
UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüşün saatını dəyişib.
Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec, yəni 23:00-da start götürəcək.
Bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.