“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib. Bu barədə İnsanoid Bakı klubuna istinadən bu gün, 3 noyabr tarixində məlumat verir.
Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.
“Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq.
Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.