“Neftçi”nin azarkeş qrupu “Men in Black” İstanbulda “Beşiktaş”ın stadionuna buraxılmayıb. Bu barədə 18 avqust tarixində Report məlumat verib.
Buna azarkeşlərin köynəklərində maskalı və əlində fişəng olan fanatın əks olunması səbəb olub. Bəzi fanatlar stadiona daxil olsalar da, azarkeş hərəkatının bayrağını arenaya keçirmək mümkün olmayıb.
“Beşiktaş”ın nümayəndələri Bakıdan olan azarkeş hərəkatının üzvlərinə kömək etməyə çalışsalar da, UEFA nümayəndələri buna qarşı çıxıblar. Onlar bu görüntünü xuliqanlıq rəmzi kimi dəyərləndiriblər.
Qeyd edək ki, ötən gün “Neftçi” “Beşiktaş”a 1:2 hesabı ilə məğlub olub, nəticədə avrokuboklarla vidalaşıb.