"Neftçi" klubunun rusiyalı sabiq futbolçusu Yuri Pereskokov dünyasını dəyişib. Bu barədə İnsanoid yerli mətbuata istinadən bu gün, 23 iyun tarixində xəbər verir.
Keçmiş qapıçı 60 yaşında vəfat edib.
Yuri Pereskokov 1987-ci ildə Bakı təmsilçisinin formasını geyinib. O, son olaraq 2021-ci ildə ölkəsinin "Arsenal" (Tula) klubunda qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirib. Pereskokov 2003-2007-ci illərdə Moskva "Spartak"ında da işləyib.