Azərbaycanda 2022-ci il ərzində nikah və doğum sayı 10%-dək artıb. Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Bu barədə 1 fevral tarixində Report məlumat verib.
Məlumata əsasən, il ərzində 4,7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, nikah və doğum sayı 10%-dək artıb.
Eyni zamanda boşanmanın sayı azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.