Bu gün, martın 18-də “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri məlum olub. Bu barədə Mədəniyyət Nazirliyi xəbər verib.
Müsabiqəyə 19 ölkədən Azərbaycan, türk, ingilis və rus dillərində ümumilikdə 288 esse təqdim edilib. Qəbul edilən 264 esseni 4 nəfərdən ibarət komissiya qiymətləndirib.
Aşağıda sadalanan əsərlər müsabiqənin qalibləri elan edilib:
I yer – Selçuk Karakılıç “Büyük Kahraman: Nizami Gencevi”
II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi”
III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”
Birinci yeri tutan şəxsə 2 021 dollar, ikinci yerin qalibinə 1 141 dollar, üçüncü yer üzrə qalibə isə 880 dollar məbləğində pul mükafatı və müvafiq diplom veriləcək.