ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Bu barədə İnsanoid “Reuters”ə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Nobel Sülh Mükafatçısı və siyasətçi yerli vaxtla noyabrın 29-da Konnektikut ştatındakı evində dünyasını dəyişib.
Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb.
2002-2006-cı illərdə Corc Buş bu Fərmanı təkrarlayıb.