Bakıda nöqsanlarını aradan qaldıran hamamın yenidən fəaliyyətinə icazə verilib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 27 aprel tarixində xəbər verir.
Bu ilin aprel ayında FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən “Pak məkan hamamı” adlı obyektdə keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib və həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddət ərzində aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilib.