Şuşaya növbəti köç karvanı yola düşüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 25 may tarixində xəbər verir.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.
İndiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_180526" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]