Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz bayramı münasibətilə bütün işçilərə pul mükafatı veriləcək. Bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.
Bu barədə 15 mart tarixində Report məlumat verib.
Əmrə əsasən, universitetin əməkdaşlarına əməkhaqlarının 20%-i dəyərində pul mükafatı veriləcək.
Qeyd edək ki, AzMİU-da işçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə hər il bayramlarda və xüsusi günlərdə pul mükafatı verilir.