Abşeron rayonunun Novxanı kəndində evdən oğurluq edilib. Bu barədə APA aprelin 9-da Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Evdən 10 000 manat pul, sənəd olan seyf və 1 ədəd “Winchester” markalı ov tüfəngi aparılıb. Əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. O, əvvəllər də məhkum olunub. Digər bir şübhəlinin isə şəxsiyyəti müəyyən edilib.