Abşeronda gənc oğlan bıçaqlanıb. Bu haqda noyabrın 4-də APA xəbər yayıb.
Hadisə Novxanı qəsəbəsində, hotellərin birinin qarşısında qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Əliquliyev Bayram Fərman oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.