Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 16-21°, dağlarda gecə 0-5°, gündüz 5-9° isti olacaq.