Oğuzda 3 avtomobil qəzaya uğrayıb. Bu barədə Report 12 iyul tarixində xəbər verib.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək "Chevrolet Cruze" markalı avtomobillə toqquşub, daha sonra kanala aşıb. Bu vaxt arxadan gələn "Hyundai Tucson" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çarpılıb.
Nəticədə "Hyundai"ın sürücüsü ağır xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_121732" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]