Oğuzda döyülmə hadisəsi baş verib. Bu barədə APA 28 oktyabr tarixində xəbər verib.
Oktyabrın 27-dən 28-nə keçən gecə 36 yaşlı Tərtər rayon sakini Nicat Abbasov bədənin küt travmaları ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Oğuz RMX-da N. Abbasova ilkin yardım göstərildikdən sonra müayinəsini davam etdirmək üçün Şəki RMX-yə göndərilib.
N. Abbasova hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsi Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.