Oğuzda zəhərlənmə hadisəsi baş verib. Bu barədə APA 6 noyabr tarixində xəbər verib.
Oğuz rayonunun Qumlaq kənd sakini, 37 yaşlı Rəhman Bəxtiyar oğlu Hacıyev zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.
Müayinə zamanı R. Hacıyevin ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərləndiyi məlum olub.
R.Hacıyevə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-yə göndərilib.
Faktla bağlı araşdırma aparılır.