Oğuzda arvadını döyərək öldürməkdə təqsirləndirilən Vaqif Muştaqova hökm oxunub. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə aprelin 15-də Report xəbər yayıb.
Hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Hadisə 2021-ci il sentyabrın 21-də rayonun Böyük Söyüdlü kəndində qeydə alınıb. 1958-ci il təvəllüdlü V. Muştaqov mübahisə zamanı həyat yoldaşı, 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanı yumruqla döyüb. Qadın aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.