Oğuz rayonunun Sincan kəndində yaşayış evində partlayış olub. Bu barədə oktyabrın 31-də İnsanoid Report-a istinadən xəbər yayıb.
Partlayış zamanı 1983-cü il təvəllüdlü Nurlan Məmmədyarov xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Faktla bağlı araşdırma aparılır.