Oğuz rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb. Bu barədə 27 may tarixində Report məlumat verib.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan iki sərnişin - 1961-ci il təvəllüdlü Kəmalə Cabbar qızı Qaziyeva və 1998-ci il təvəllüdlü Şəlalə Cövdət qızı Rəsullu xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" ids="117186,117185,117187"]