Oğuzda üç gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb. Bu barədə 17 yanvar tarixində Apa məlumat verib.
Belə ki, yanvarın 14-də axşam saatlarında Aslan Umarov Oğuz-Xaçmaz avtomobil yolunda idarə etdiyi VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu səbəbdən maşın yolun kənarındakı ağaca çarpılıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Aslan Umarov bu gün xəstəxanada dünyasını dəyişib.