Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən 27 iyun tarixində xəbər verir.
Oğuz şəhərində yerləşən “Səma” hotelində qonaq olan 57 yaşlı Sübhan Quliyev orada vəfat edib.
Ötən gün Oğuzda toyda iştirak edən S.Quliyev gecələmək üçün hotelə gedib. Özünü pis hiss edən Quliyev Təcili Tibbi Yardıma müraciət edib, daha sonra isə otağında yuxuya gedib.
Bu gün səhər saatlarında onun dünyasını dəyişdiyi məlum olub.
Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.