“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə Report 23 dekabr tarixində xəbər verib.
Y.Oğuz öz təşəbbüsü ilə namizəd olduğunu bildirib.
Y.Oğuz 1960-cı ildə anadan olub. O, 2023-cü ildə fəaliyyətini dayandıran Milli Vəhdət Partiyası sədri olub.
Azərbaycanda prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. İndiyədək 9 nəfər namizədliyini irəli sürüb.