top
Ölkə ərazisində elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb
14 iyun 2023, 05:05
- ↺ +

Ölkə ərazisində elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərişıq” ASC tərəfindən paytaxt və bölgələrdə elektrik enerjisinin talanması halları aşkarlanıb. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 14 iyun tarixində xəbər verir.

Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir. “Azərişıq” əməkdaşları sayğaclara baxış zamanı paytaxt Bakıda və regionlarda elektrik enerjisindən daha bir neçə qanunsuz istifadə halı aşkarlayıb.

Sabirabad rayonu ərazisində fərdi yaşayış evinin sayğacına baxış keçirilib. Məlum olub ki, sayğaca kənar xətt daxil olub.

Bakıda Nizami rayonu ərazisində avtoyuma və fərdi yaşayış məntəqəsinin sayğacına baxış zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə halı aşkarlanıb. Baxış keçirilən zaman məlum olub ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının hər üç fazasının giriş və çıxış xətləri xüsusi naqil vasitəsilə şuntlanıb.

Biləcəri qəsəbəsində də iki fərdi yaşayış evində elektrik enerjisindən istifadədə qanun pozuntusu qeydə alınıb. Baxış zamanı sayğacdan kənar xəttin olduğu müəyyənləşib.

Xırdalanda fərdi yaşayış evlərində abonentlərin sayğacın giriş hissəsində elektrik naqilinə müdaxiləsi aşkar olunub. Kənar müdaxilə nəticəsində sayğac enerjinin istifadəsini düzgün qeydə ala bilmir.

Şirvan RETSİ ərazisinə daxil olan Neftçala rayonunda iki fərdi yaşayış evində sayğaca müdaxilə aşkar edilib. Evlərdən birində sayğac dövrədən kənarlaşdırılıb, digərində isə kənar xətt qoşulub.

Qazax rayonunda fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən məlum olub ki, abonent sayğacdan kənar xətdən istifadə edir. Analoji hal Sumqayıt şəhərindəki fərdi yaşayış evində də qeydə alınıb.

Qurumdan bildirilib ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının qarşısının alınması məqsədi ilə “Azərişıq” mütəmadi monitorinqlər keçirir. Qanunsuz istifadə aşkar olunduqda abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin həmin obyekt və müəssisələrin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

[caption id="attachment_119067" align="alignnone" width="696"]Ölkə ərazisində elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb Foto Azərişıq ASC-nin rəsmi Facebook səhifəsi[/caption]

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər