Ötən gün Abşeron rayonunda qəzaya düşənlər Bakıya təxliyə olunublar. Bu haqda bu gün, 23 mart tarixində İnsanoid TƏBİB-ə istinadən xəbər verir.
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.
Bildirilirdi ki, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyəti orta ağır qiymətləndirilirdi.
Report-dan verilən məlumata əsasən, Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında dəfn ediləcək.
22 mart tarixi axşam saatlarında tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev ağır avtoqəzada dünyasını dəyişib. O, sükan arxasında olan zaman halı qəfil pisləşib və avtomobili idarə edə bilməyib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəzada Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.