Ordumuzun Naxçıvandakı mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə İnsanoid Azərbaycanın Müdafiə Nazirliyinə istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
Bu gün saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.