Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktor əvəzi təyin olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 11 dekabr tarixində xəbər verir.
O, artıq vəzifəsinin icrasına başlayıb.
O.Fikrətoğlu, eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.
Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Onun ərizəsi qəbul olunub və vəzifədən azad olunması barədə əmr imzalanıb.