Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) may ayı ərzində işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatı açıqlayıb. Bu barədə İnsanoid ANAMA-ya istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Ötən ay işğaldan azad olunan ərazilərdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 48392618 kv.m (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.