Türkiyədə iyul ayında ən çox mənzil, ev alan xarici ölkə vətəndaşları arasında Azərbaycan 7-ci yerdədir. Bu barədə 15 avqust tarixində Report məlumat verib.
Bildirilib ki, birinci yerdə Rusiya vətəndaşlarıdır. Onlar iyulda 772 evə sahib olublar. İkinci yerdə 272 evlə İran, üçüncü pillədə isə 204 evlə İraq qərarlaşıb.
Sonrakı yerləri Ukrayna (146 ev), Qazaxıstan (113), Almaniya (96), Azərbaycan (74), Küveyt (74), Səudiyyə Ərəbistanı (64), ABŞ (62), Böyük Britaniya (54), Əfqanıstan (53), Misir (51), Çin (39), Özbəkistan (36), Yəmən (36), Kanada (34), İordaniya (31), Pakistan (30) və Livan (29) bölüşürlər.