Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə Şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub. Bu barədə 27 dekabr tarixində Report məlumat verib.
O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.
Z.Məmmədovun vəziyyəti qənaətbəxş hesab edilir.
Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayıb. Nəticədə ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. Ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub.
Z.Məmmədov əvvəlcə Gəncə Şəhər Mərkəzi Klinikasına təxliyə edilmişdi.