Azərbaycanda ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıb. Bu barədə 14 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança və 22 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng tapılıb.