Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb. Bu barədə 5 may tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Qeyd olunub ki, mayın 4-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.