Ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək.
Bu barədə APA Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə istinadən xəbər verib.
Qəza nəticəsində həyatlarını itirən Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq, hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında veriləcək.
Yanvarın 4-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları – Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar.