Ötən il Azərbaycanda 50,7 min şəxsə əlillik təyin olunub. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib. Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsi 2022-ci il iyulun 1-dən tətbiq olunan yeni meyarların sayı ötən il daha da artırılaraq 617-yə çatdırılıb: "Həmçinin bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri və əlillik müddətləri artırılıb".
A.Bayramov bildirib ki, keçən il agentliyin reabilitasiya mərkəzləri əvvəlki ilə nisbətən 74% çox olmaqla 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərib.